IQNA

Avropa məhkəməsi hicab qadağasını qanuniləşdirdi

10:41 - March 15, 2017
Xəbər sayı: 3481451
Avropa məhkəməsi işə götürən şirkətlərin daxili qanunları tələb etdiyi halda, iş yerində hicabınn qadağan edilməsinin qanuni olması haqda qərar qəbul edib.

Avropa məhkəməsi hicab qadağasını qanuniləşdirdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Avropa məhkəməsi işə götürən şirkətlərin daxili qanunları tələb etdiyi halda, iş yerində hicabınn qadağan edilməsinin qanuni olması haqda qərar qəbul edib.

"İşə götürənin hicab da daxil olmaqla, dini, siyasi və fəlsəfi atributları qadağan etməyə haqqı var. Lakin bir şərtlə ki, bu qadağalar şirkətin daxili qanunlarında yazılmış olsun. Bu halda qadağa diskriminasiya sayılmayacaq.”, - deyə Avropa İttifaqının Ali məhkəmə instansiyasının yaydığı sənəddə deyilir.

Eyni zamanda da, sənədə xüsusilə qeyd edilir ki, qadağa işə götürən şirkətin müştərilərinin istəklərinə əsaslana bilməz. Bu halda isə qadağa dikriminasiya hesab ediləcək.

Teqlər: avropa ، avropa məhkəməsi ، hicab ، iqna ، quran ، İslam ، məscid
captcha