IQNA

İraq ordusunun Qərbi Mosulda İŞİD-ə qarşı irəliləyişi davam edir

22:44 - March 16, 2017
Xəbər sayı: 3481453
İraq qüvvələrinin əl-Ətiq körpüsünün geri almasıyla birlikdə Ras əl-Hur bölgəsinə doğru irəliləməyin daha asan bir şəkildə gerçəkləşəcəyi bildirildi.


İraq ordusunun Qərbi Mosulda İŞİD-ə qarşı irəliləyişi davam edir

İraq Hərbi Hava Qüvvələri İŞİD terror təşkilatının Bab əl-Tup ərazisində yerləşən mövqelərini bombalayıb. İraq qüvvələrinin bu bölgədə İŞİD terror təşkilatı ilə münaqişələri üçüncü gündür ki, davam edir. Terrorçular bütün gücləri ilə müqavimət göstərməyə çalışırlar.

Qarşıdurma meydanında yerləşən mənbənin dediyinə görə, mülki vətəndaşların ərazidən çıxma prosesi münaqişələrin kəskinləşməsi səbəbilə dayandırılıb.

Digər tərəfdən, İŞİD terror təşkilatının komandirlərindən olan Əbdürəhman əl-Ənsari İraq federal polis işçiləri tərəfindən ağır yaralanıb.

Bab əl-Cədid bölgəsində isə İraqın federal polisinin bildirdiyinə görə, federal polisin 5-ci və 6-cı hissələri Bab əl-Beyz bölgəsindəki hədəflərinə doğru irəliləməyə davam edirlər. Bundan başqa, bu qüvvələr Məscidül-Came ilə yalnız 800 metr məsafədədirlər.

"Independent" qəzetinin döyüş zonasında olan komandirlərdən birindən bildirdiyinə görə, Mosul qərbindəki əməliyyatın başladığından bu ana qədər 600 İŞİD terrorçusu öldürülüb. Terrorçular müqavimətlərini daha çox zirehli maşınlar və snayperlərin üzərinə fokuslamış vəziyyətdə.

Teqlər: iqna ، mosul ، İraq ، İŞİd ، terror ، terrorizm ، deaŞ
captcha