IQNA

Fransa prezidentliyinə namizəd: Hicabı hər yerdə qadağan edəcəm!

17:38 - March 17, 2017
Xəbər sayı: 3481456
"Milli Cəbhə” ifrat-sağçı partiyasının lideri Marin Le Pen bildirib ki, Fransadakı prezident seçkilərində qalib gələrsə, ölkənin hər yerində hicabı qadağan edəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadla verdiyi xəbərə görə, "Milli Cəbhə” ifrat-sağçı partiyasının lideri Marin Le Pen bildirib ki, Fransadakı prezident seçkilərində qalib gələrsə, ölkənin hər yerində hicabı qadağan edəcək.

Bu haqda televiziya proqramlarının birinin efirində açıqlama verən Le Pen bildirib ki, "hər yerdə nəzərəçarpan dini simvolları qadağan etmək istəyir”. 

"Hətta Fransa şəhərlərinin küçələrində də hicab olmayacaq.”, - deyə o qeyd edib.

Xatırladaq ki, mart ayının 13-ü keçirilmiş sosioloji sorğuya əsasən, Marin Le Pen Fransadakı prezident seçkilərinin birinci mərhələsində qələbə qazanacaq. Seçicilərin 27 faizi ona səs verməyə hazırdır.

Buna baxmayaraq, mütəxəssislərin rəyinə görə, ikinci turda o, qalib gələ bilməyəcək.


Teqlər: iqna ، hicab ، fransa ، islamofobiya
captcha