IQNA

Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib

22:19 - March 22, 2017
Xəbər sayı: 3481467
Verilən məlumata əsasən, son bir həftə ərzində Müqəddəs Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib.


Müqəddəs Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.az-a istinadla xəbər verir ki, bunu İranın Xorasan Rəzəvi əyalətinin başçısı Əlirza Rəşidian deyib.

O, bildirib ki, zəvvarlara və turistlərə yaxşı xidmət göstərilməsi üçün bütün şərait hazırdır. "Çalışırıq İmam Rzanın (ə) şəhərində zəvvarlara və turistlərə yaxşı ev sahibliyi edək”.

Ə.Rəşidian deyib ki, zəvvarların Məşhəd şəhərinə səfərində ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım müşahidə olunur. "Ümumilikdə son bir həftə ərzində Xorasan Rəzəvi əyalətinə 4 milyon 350 min nəfər səfər edib ki, onlardan 2 milyon 688 min 255 nəfəri Məşhəd şəhərinin payına düşür.”

Teqlər: məşhəd ، iqna ، İslam ، quran ، məscid ، zəvvar
captcha