IQNA

Pakistanda Novruz: BƏSƏNT bayramı

10:11 - March 25, 2017
Xəbər sayı: 3481472
Hər il Bahar fəslinin gəlişi ilə Pakistanda milli şənliklər sırasında "Bəsənt" mərasimi başlayır ki, həmin gün pakistanlılar havaya rəngli şarlar uçurmaqla bayram keçirirlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il Bahar fəslinin gəlişi ilə Pakistanda milli şənliklər sırasında "Bəsənt" mərasimi başlayır ki, həmin gün pakistanlılar havaya rəngli şarlar uçurmaqla bayram keçirirlər.

"Bəsənt" sözü Sanskrit dilində "Bahar" mənasındadır və pakistanlılar bu günü yeni və təmiz libaslar geymək, milli musiqilər çalmaq və havaya rəngli şarlar qaldırmaqla şənlik edirlər.

Bu bayram Pakistan, Hindistan, Çin və Yapon xalqları arasında qədimdən vardır. Hindular, buddistlər və müsəlmanlar bu müştərək bayramının tarixi Miladdan 300 il əvvələ qayıdır.

Çinlilər hər il Sentyabr ayının 9-da və yaponiyalılar hər il Sentyabr ayının 5-də buna oxşar mərasimlər keçirirlər.

BƏSƏNT mərasimi Baharın gəlişinin ilk günü gün batan çağı başlayır, gecədən sübhədək davam edir. Böyük, kiçik, kişi, qadın və uşaqlar evlərin damına çıxır, rəngli şarlar havaya qaldırır, müxtəlif yeməklər tədarük görülür və şənliklər keçirilir, camaat evlərini təmizləyir, şirinilər bişirir, insanlar bir-birlərinə bayrampayı verirlər, böyüklərə və qohumlara baş çəkirlər.

Pakistanın paytaxtı və 8 milyon əhalisi olan Lahurda camaat bu bayramı daha da şadyanalıq ilə keçirirlər. Novruz bayramının başlaması ilə camaat sarı libaslar geyinir və evlərin damına qalxaraq havaya şar uçururlar.

Bayram günlərində insanlar üçün küçələrdə pulsuz musiqi təşkil etmək kimi müxtəlif proqramlar keçirilir.

Pakistanın şimal-qərbində Novruz bayramı daha şən keçirilir və həmçinin bu regionda bu bayramının dini-məzhəbi ab-havası da var. İnsanlar bu bayramda İmam Mehdinin (ə.f) zühurunu da gözləyirlər və inanırlar ki, Həzrət Mehdi (ə.f) Novuz günlərindən birində gələcək və dünyanı zülmətdən xilas edəcək.

http://iqna.ir/fa/news/3584541














captcha