IQNA

BMT:

Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzü nəticəsində təkcə son bir ayda 106 dinc sakin öldürülüb

10:24 - March 26, 2017
Xəbər sayı: 3481474
Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü davam edir. BMT Səudiyyə rejiminin Yəmənə təcavüzünün ikinci ildönümü münasibətilə bəyanat yayıb.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü davam edir. BMT Səudiyyə rejiminin Yəmənə təcavüzünün ikinci ildönümü münasibətilə bəyanat yayıb.
"Maide.info"verdiyi xəbərə görə, BMT-nin İnsan Hüquqları ofisi yayımladığı bəyanatda bildirib ki, ötən iki ildə Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 4 min 773 dinc sakin öldürülüb və 8 min 272 nəfər yaralanıb.
İnsan Hüquqları Müdafiəçi təşkilatlarının açıqlamasına görə, hazırda Yəməndə 19 milyon nəfər (ölkə əhalisinin 60 faizi) qida çatışmazlığından əziyyət çəkir. Onlardan 3 milyon qadın və uşaq isə kəskin aclıq təhlükəsi ilə üz-üzədir.
Ötən ilin oktyabr ayından indiyədək 20 min yəmənli vəba xəstəliyinə tutulub və onlardan təqribən 100 nəfəri həyatını itirib.
Yəmənli qaynaqlar Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində ölənlərin sayının 12 min nəfərdən çox olduğunu bildirir.

Teqlər: iqna ، yəmən ، səudiyyə ، ərəbistan ، bmt
captcha