IQNA

Heydər Abadi: “Ayətullah Sistaninin fətvası olmasaydı...”

11:46 - March 27, 2017
Xəbər sayı: 3481477
Heydər Abadi Ayətullah Seyid Əli Sistaninin fətvasından sonra "Haşd Şabi"nin yaradıldığını və bununla da İŞİD terrorçularına ağır zərbə vurulduğunu açıqlayıb.

Heydər Abadi:

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraq baş naziri və ordunun ali baş komandanı Heydər Abadi "Haşd Şabi" komandirləri ilə görüş keçirib.

Baş nazir bildirib ki, İraqdakı fitnə və parçalanmanın qarşısı alınıb.

"İraq xalqı əvvəlkindən daha güclü şəkildə bir yerdə və vəhdət halında yaşamağa başlayıb”, deyə Heydər Abadi diqqətə çatdırıb.

Heydər Abadi Ayətullah Seyid Əli Sistaninin fətvasından sonra "Haşd Şabi"nin yaradıldığını və bununla da İŞİD terrorçularına ağır zərbə vurulduğunu açıqlayıb.

"İŞİD-in məqsədi İraqın şimal, qərb və şərq bölgələrini işğal etdikdən sonra Bağdad ilə Ərbili ələ keçirmək idi. Lakin iraqlı liderlər və xüsusi ilə Ayətullah Sistaninin səfərbərlik elan etməsi ilə Haşd Şabi yaradıldı. Bununla da terrorçuların Bağdad və Ərbil işğal planı uğursuzluğa düçar oldu”, deyə Heydər Abadi qeyd edib.

captcha