IQNA

Britaniyada Quran araşdırmaları üzrə beynəlxalq konfrans keçiriləcək

1:11 - March 28, 2017
Xəbər sayı: 3481479
İngiltərənin Oksford Universitetinin "Beynəlxalq Quran-Kərim İnstitutu"nun təşkilatçılığı ilə cari ilin İyul ayının 4-də Quran-Kərim araşdırmaları üzrə beynəlxalq konfrans keçiriləcək.

IQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "clisel" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin Oksford Universitetinin "Beynəlxalq Quran-Kərim İnstitutu"nun (QURAN INTERNATIONAL INSTITUTE) təşkilatçılığı ilə cari ilin İyul ayının 4-də Quran-Kərim araşdırmaları üzrə beynəlxalq konfrans keçiriləcək.
2017-ci ilin İyul ayının 4-də Oksford şəhərində Quran- Kərim araşdırmaları mövzusu ilə keçiriləcək beynəlxalq konfransda müxtəlif dini mövzularda, o cümlədən aşağıdakı mövzularda araşdırmaların nəticələri müzakirə ediləcək:
İslami hökumətlərin yaranması və Quranın strategiyası
İslamda qanun və onun dünyəvi, sekulyar və beynəlxalq qanunlarla əlaqəsi
İslami bankçılıq, maliyyə və iqtisadi bazar bazaları
Quranın müsəlmanların fəlsəfi və fikri problemlərdə həll yolu və müxalif ideologiyaların şübhələrinə cavabı
İslam dünyasının daxili və xaricində İrfan və digər mənəvi cərəyanların Qurani əsasları
Quran- Kərim müxtəlif dillərə tərcüməsi və Ərəb dilinin Quranla əbədiləşməsi
Quran-Kərimlə əlaqədər mövzularda yazılmış kitab, məqalə və tədqiqatların təqdimatı və Quran-Kərimin elm, siyasət, cəmiyyət, psixologiya sahəsinə təsiri
Qədim təfsirlər, müasir hermenevtika və bu sahədə görülmüş işlər
Quranın cəmiyyət üçün təqdim etdiyi əxlaqi və etik strukturlar
Quranın fiziki və psixi müalicə təsiri və s...
Qeyd edək ki, konfransda dünyanın müxtəlif ölkələrindən ekspertlərin iştirakı gözlənilir.

http://iqna.ir/fa/news/3585837




captcha