IQNA

Quran yarışları haşiyəsində Kanadalı tələbənin ürəkoxşayan Quran tilavəti – Endir

7:17 - April 24, 2017
Xəbər sayı: 3481576
Kanadanın 12 yaşlı Quran hafizi beynəlxalq Quran yarışlarının haşiyəsində Quran- Kərimdən bir neçə ayənin gözəl və ürəkoxşayan tilavəti ilə iştirakçılara gözəl ruhani və mənəvi anlar bəxş etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın 12 yaşlı Quran hafizi və qarisi İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının haşiyəsində Quran- Kərimdən bir neçə ayənin gözəl, ürəyə yatan və ürəkoxşayan tilavəti ilə iştirakçılara gözəl ruhani və mənəvi anlar bəxş etdi.

Quran yarışlarının tələbələr bölməsində "qirqət" üzrə yarışlara qatılan bu azyaşlı Quran hafizi İQNA ilə müsahibəsində 5 yaşından Quranı hifz etməyə başladığını deyərək və bu işdə özünün bu böyük uğurunu ana və atasının zəhmətlərinin nəticəsi hesab edərək dedi: Atam mənim üçün Quranı öyrənmək və hifz etməkdə çox zəhmət çəkib. Bu gün burada olmağımı onun zəhmətlərina borcluyam.

Yarışlara Kanadadan qatılan Məhəmməd Mənuf Hüseyn dedi: Atam Quran qarisi və hafizidir. Mən də beş yaşımdan atamın təlim və tərbiyəsi ilə Quran- Kərimin qiarət və tilavətini öyrənməyə və Quranı hifz etməyə başlamışam. Və 4 il ərzində Quran- Kərimi hifz edə və əzbərləyə bilmişəm.

Əslən Banqladeşdən olan Məhəmməd Mənuf Hüseyn Kanadanın Quran fəaliyyətlərinin məhdud olduğunu deyərək əlavə etdi: Dövlət məktəblərində namaz qılmaq üçün icazə verilsə də Quran fəaliyyətlərinə məhdudiyyət yaradılıb və bu cür fəaliyyətlər xüsusi yerlərdə və məhdud şəraitdə bir həyata keçirilir.

http://iqna.ir/fa/news/3592494

Kanadanın bu 12 yaşlı Quran hafizi beynəlxalq Quran yarışlarının haşiyəsində Quran- Kərimdən bir neçə ayənin gözəl və ürəkoxşayan tilavəti ilə iştirakçılara gözəl ruhani və mənəvi anlar bəxş etdi ki, bu tilavəti aşağıdakı likdə dinləyə və endirə bilərsiniz:

ENDİR



captcha