IQNA

Suriyalı hakim:

Yarışlarda hakimlər üçün ayrıca otağın olması üstün cəhətdir

19:50 - April 25, 2017
Xəbər sayı: 3481578
Rüfət Əli Ədib hakimlər heyəti üçün ayrıca otaq təşkil edilməsini və verilən imtiyazın iştirakçıya ötürülməməsini İİR-nın beynəlxalq Quran yarışlarının üstün cəhətlərindən biri olduğunu vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) suriyalı hakim Rüfət Əli Ədib yarışlarda hakimlər heyəti üçün ayrıca otaq təşkil edilməsini və hakimlər tərəfindən verilən imtiyazların vaxtından əvvəl icraçılara və yarış iştirakçılarına ötürülməməsi və gizli qalmasını İİR-nın beynəlxalq Quran yarışlarının üstün cəhətlərindən biri olduğunu vurğuladı.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının "Quranda vəqf və ibtida" qaydaları üzərə suriyalı hakimi Rüfət Müvəffəq Əli Ədib İQNA ilə müsahibəsində dedi: Bundan öncə də bir sıra ölkələrin, o cümlədən Suriya, Ərəbistanın müxtəlif Quran yarışlarında iştirak etmişəm. Bu yarışlarda hakimlər heyətinin tərkib hissəsi kimi iştirak etmək mənim üçün böyük iftixar oldu.

O əlavə etdi: Bu yarışların "bir kitab, bir ümmət" devizi ilə keçirilməsi, çox sayda müsəlman ölkələrinin Quran fəallarının bu yarışlarda iştirak etməsi, İran İslam Respublikasının İslam Ümmətinin Vəhdəti yönündə mühüm çalışmalarının göstəricisi və həm də çox faydalı bir təcrübədir.

Rüfət Müvəffəq Əli Ədib vurğuladı: Bu böyük Qurani hadisədə müxtəlif nəsillər, xüsusilə də İslami ölkələrin gələcəyi olan cavanların Quran ətrafında toplanması, özü də dünya imperializiminin İslam dünyasını təfriqə ilə təhdid etdiyi bir zamanda vəhdət yaradan qüdrətli bir hərəkətdir.

O əlavə etdi: İranda Quran sahəsində çoxlu istedadlar vardır. Quran çalışmaları arzuolunan səviyyədədir. İranın beynəlxalq yarışlarda yaxşı təcrübəsi var. Bu ilin yarışları da yaxşı səviyyədə keçirilməkdədir. Hər şey yaxşı və kamildir. Mənim yarışlar barədə xüsusi bir tənqidim yoxdur.

Qeyd edək ki, Rüfət Əli Müvəffəq Ədib 1960-cı ilin Aprel ayının 6-da Suriyanın Dəməşq şəhərində anadan olub. 1983-cü ildə Dəməşq universitetini "diş cərrahlığı" ixtisası ilə bitirib. Elə həmin illərdə də Quran- Kərimi əzbərləyib. 1983-cü ildə Quran hafizliyi və 1990-cı ildə isə peşəkar Quran qarisi və ustadı kimi diplom ilə təltif edilib. Həmçinin Dəməşqin ali dini təhsil ocaqlarında Quran elmləri və Quran qiraəti dərslərini tədris etmişdir.

http://iqna.ir/fa/news/3592745


Teqlər: iqna ، suriya ، iran ، İİr ، quran yarışları
captcha