IQNA

Mosulda “Muhəmməd Rəsulallah” adlı antiterror əməliyyatlarına start verilib

20:54 - April 25, 2017
Xəbər sayı: 3481579
İraqın Qərbi Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün "Həşd əl-Şabi" qüvvələri yeni antiterror əməliyyatlarına start veriblər.


Mosulda

Ahlibeyt.az-ın SalamNwes-a istinadən verdiyi xəbərə görə,bu barədəİraq mətbuatı məlumat yayıb.

Məlumata görə, Həşdi-Şəbi könüllü hərbi hərəkatın komandanı Əbu Mehdi əl-Muhəndis mətbuata açıqlamasında bildirib ki, hazırda əl-Həzr məntəqəsində əməliyyatlar aparılır. "Muhəmməd Rəsulullah” adlı əməliyyatlara İraq Hərbi Hava Qüvvələri də dəstək verir.

Məlumata görə, əməliyyatların ilk saatlarında çox sayda terrorçu məhv edilib. İŞİD-ə məxsus üç hərbi baza ələ keçirilib. Qaçmağa çalışan 13 terrorçu əsir götürülüb.

captcha