IQNA

Londonda qədim "Mavi Quran" nüsxəsi hərraca çıxarıldı

8:30 - April 26, 2017
Xəbər sayı: 3481582
Tarixi və nadir Quran nüsxələrindən sayılan "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsinin səhifələrindən biri Londonun "Christie's" auksion mərkəzində hərrac və müzayidəyə çıxarıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Tarixi və nadir Quran nüsxələrindən sayılan "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsinin səhifələrindən biri Londonun "Christie's" auksion mərkəzində hərrac və müzayidəyə çıxarıldı.

"Mavi Quran" adı ilə məşhur olan bu nadir və tarixi nüsxə mavi rəngdə dəri üzərinə və Kufi xətti ilə yazılmışdır. Bu dərinin üzərinə Quran-Kərimin ayələri qızıl suyu ilə zərli yazılmışdır.

Bu tarixi və qədim Quran nüsxəsinin maddi dəyəri 128 mindən 192 min dollardək təxmin edilmişdir. Və qərardır ki, cari həftənin Cüməaxşamı günü, Aprel ayının 27-də, Londonun "Christie's" auksion mərkəzində digər İslami incəsənət əsərləri ilə birlikdə hərraca çıxarılsın.

"Mavi Quran" adlanan bu nüsxə Qurani- Kərimin 3-cü surəsi olan Ali- İmran surəsindən bəzi ayələri ehtiva edir. Bu nüsxənin tarixi hicri-qəməri ili ilə 4-cü əsrə qayıdır. Və Tunisin Qeyrəvan şəhərində tapılmışdır.

Qeyd edək ki, Londonun "Christie's" auksion mərkəzi dünyada qədim, tarixi və nadir incəsənət əsərləini hərrac edən bir auksion mərkəzi kimi məşhurdurki, baş dəftərxanası London və Nyu-Yorkda yerləşir.

http://iqna.ir/fa/news/3593167


captcha