IQNA

Toqolu "qəlbinur" hafiz imkan və şəraitin yoxluğundan danışdı:

Quranı hifz etmək üçün hətta kaset lenti də yoxum idi

8:57 - April 26, 2017
Xəbər sayı: 3481583
Mən anadangəlmə kor deyildim. Təqribən 4 yaşım var idi ki, artıq gözlərim görmürdü. Amma Allah- Taala bunun əvəzinə ürəyimə öz nurunu saçdı və bəsirəti qəlbimdə qərar verdi, Quranı hifz edə bildim.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): "Quranı əzbərləmək istəyirdim. Amma gözlərim görmürdü. Məni mədrəsəyədək aparacaq biri də yox idi. Evdə öyrənmək üçün hətta kaset lenti də yoxum idi. Təəssüflər olsun ki, ölkəmizdə əlillər heç bir şeylə himayə edilmir və vəziyyət çox pisdir". – bu sözləri Qərbi Afrikanın yoxsul ölkələrindən biri olan Toqonun İran İslam Respublikasının 34-cü Quran yarışlarında iştirak edən nümayəndəsi deyir.

Udu Duri - Toqonun İran İslam Respublikasının 34-cü Quran yarışlarında Quranın hifzi üzrə iştirak edən 25 yaşlı "qəlbinur" (gözləri görməyən) nümayəndəsi, İQNA ilə müsahibəsində vurğuladı: Mən anadangəlmə kor deyildim. Sonralar gözlərimin görmə qabiliyyətini itirdim. Təqribən 4 yaşım var idi ki, artıq gözlərim görmürdü. Amma Allah- Taala bunun əvəzinə ürəyimə öz nurunu saçdı və bəsirəti qəlbimdə qərar verdi, Quranı hifz edə bildim.

İslam dünyasının korlar üçün ikinci beynəlxalq Quran yarışlarında Quran- Kərimin hifzi üzrə iştirak edən toqolu Udu Duri Quran fəaliyyətlərinə qoşulması barədə dedi: Təqribən 4 il öncədən Qurani- Kərim yoluna daxil olmuşam və bu sahədə fəaliyyət göstərirəm. Bu dörd ildə Quranı əzbərlədim. Ölkə üzərə yarışlarda iştirak etdim. İran yarışları mənim ilk beynəlxalq yarış təcrübəmdir.

Duri Quranı hifz etməsinin hədəf və səbəbindən danışaraq dedi: Qurandan bir hərif də öyrənməyin və qiraət etməyin saysız və hesabsız savabı və insanın həyatında yaxşı nəticələri vardır. Buna görə də Quranı əzbərləməyə başladım və həmd olsun Allaha ki, bu işdə uğur əldə etdim.

O, İranın bu genişmiqyaslı keçirdiyi yarışlara işarə edərək dedi: İran dövləti Quran sahəsində fəaliyyət göstərən əlilləri çox yaxşı himayə edir. Bu yarışlar da səbəb olur ki, müxtəlif ölkələrin Quran sahəsində fəaliyyət göstərən əlilləri bir yerə toplaşa bilsinlər. Bu yarışlar bais olur ki, oların arasında vəhdət yaransın və bir-birinin təcrübələrindən istifadə etsinlər və həmçinin bu yolda özlərinə inamları və güvənləri artsın.

O sonda İranın Quran yarışlarının yüksək səviyyədə keçdiyini və iştirakçıların çox gözəl qarşılandığını vurğulayaraq təşəkkür etdi və bildirdi ki, yarışlar üçün seçilmiş deviz və şüar (bir kitab, bir ümmət) müsəlmanların vəhdətini gücləndirir və bizə bunu elan edir ki, biz hamımız müsəlmanıq, bir kitabımız, bir qibləmiz və bir peyğəmbərimiz vardır və bütün müsəlmanların izzəti, böyüklüyü və başıucalığı üçün Quran ətrafında birləşməliyik.

http://iqna.ir/fa/news/3593192


captcha