IQNA

İndoneziyalı Quran qarisi "ölüm ayəsi"ni oxuyarkən öldü

15:02 - April 26, 2017
Xəbər sayı: 3481586
Cəfər Əbdür-Rəhman – İndoneziyanın tanınmış Quran ustadı və peşəkar qiraət üzrə beynəlxalq qarisi "Mülk" surəsinin audioyazılışını lentə alarkən "ölüm ayəsi"ni oxuyan an dünyasını dəyişdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "astro awani" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Cəfər Əbdür-Rəhman – İndoneziyanın tanınmış Quran ustadı, Quran-Kərimin "tərtil tilavəti" və peşəkar qiraəti üzrə beynəlxalq qarisi Quran- Kərimin mübarək "Mülk" surəsinin tərtil tilavəti ilə audioyazılışını lentə alarkən "ölüm ayəsi"ni oxuyan an gözlənilmədən və qəflətən dünyasını dəyişdi.

Biz heç vaxt bilmirik ki, ölüm nə vaxt sorağımıza gələcək. Quran- Kərimin buyurduğu kimi ölüm bir sirdir ki, təkcə Allah- Taalanın bundan xəbəri vardır. Necə ki, Cəfər Əbdür-Rəhman – İndoneziyanın tanınmış Quran ustadı, Quran-Kərimin "tərtil tilavəti" və peşəkar qiraəti üzrə beynəlxalq qarisi Quran- Kərimin mübarək "Mülk" surəsinin tərtil tilavəti ilə audioyazılışını lentə alarkən "ölüm ayəsi"ni, yəni elə "Mülk" surəsinin 2-ci ayəsini

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

ki, ölümə işarə edir, oxuyan an gözlənilmədən və qəflətən dünyasını dəyişdi. Və onun ölümünün özü tərəfindən ölüm ayəsinin tilavəti ilə üst- üstə düşməsi bu xəbərin sosial şəbəkələrdə iti sürətlə yayılmasına səbəb oldu.

Cəfər Əbdür-Rəhmanın ölümü barədə yayılan videoda onun Mülk surəsinin 2-ci ayəsini oxuyarkən səsinin tədricən zəifləməsi və huşunu itirməsi müşahidə olunur. Bundan neçə dəqiqə sonra isə o bu fani dünya ilə vidalaşaraq canını canın xaliqinə tapşırır.

İndoneziyanın tanınmış Quran ustadı, Quran-Kərimin "tərtil tilavəti" və peşəkar qiraəti üzrə beynəlxalq qarisi cari həftənin birinci günü, Aprel ayının 25-də dünyasını dəyişib.

http://iqna.ir/fa/news/3593471




Teqlər: quran ، iqna ، qari ، ölüm ، mülk surəsi
captcha