IQNA

İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının qalibləri bəlli oldu

21:53 - April 26, 2017
Xəbər sayı: 3481587
Bu gün, günün ikinci yarısında İran İslam Respublikasının 34-cü beynəlxalq Quran- Kərim yarışlarının yekun mərasimi keçirilib və mərasimdə qaliblərin adları elan olunaraq mükafatlandırılıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin 3-cü günü, 2017-ci ilin Aprel ayının 26-da, günün ikinci yarısında, Tehran vaxtı ilə saat 17:00-da İran İslam Respublikasının 34-cü beynəlxalq Quran- Kərim yarışlarının yekun mərasimi keçirilib və mərasimdə qaliblərin adları elan olunaraq mükafatlandırılıblar.

Yarışlarda İran nümayəndələri Quran- Kərimin peşəkar qiraəti üzrə Səid Pərvizi və Quran- Kərimin hifzi üzrə Musa Mötəmidi birinci yeri qazanıblar.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran- Kərim yarışlarının müxtəlif ixtisaslarda qaliblərinin siyahısı:

Quran- Kərimin peşəkar qiraəti üzrə İrandan Səid Pərvizi, İraqdan Fəllah Züleyf və İsveçdən Rəhmətullah Bəyat sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

Quran- Kərimin hifzi üzrə İrandan Musa Mötəmidi, Suriyadan Yasir Əhməd və Sudandan Abdullah Məhəmməd Adəm sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

Xanımların Quran- Kərimin hifzi üzrə ilk beynəlxalq yarışlarında Zeynəb Məhəmmədnicat, Silviya Narudət əl- Münəvvərə və Zeynəb Ədnan Məhəmmədhəsən İran, İndoneziya və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

"Qəlbinur"ların ikinci beynəlxalq Quran yarışlarının qiraət bölməsində Məhəmməd Bəhrami, Əhməd Əli Sarika, Məhəmməd Əbdüş-Şəhid Baqir İran, Türkiyə və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

"Qəlbinur"ların ikinci beynəlxalq Quran yarışlarının Quranın hifzi bölməsində Məhəmməd Ərşad Mərbəi, Abdullah Məhəmmədnicat və Məhəmməd Hüseyn Şəllal Əlcəzayir, İran və İraqdan sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

http://iqna.ir/fa/news/3593638


captcha