IQNA

Bakıda "İslami Ölkələrin Həmrəylik Oyunları"nın keçirilməsi komitəsi yaradıldı

10:35 - April 27, 2017
Xəbər sayı: 3481588
İİR-nın Azərbaycandakı sərifinin verdiyi xəbərə görə, İran İslam Respublikasının səfirliyinin yerləşdiyi yerdə "İslami Ölkələrin Həmrəylik Oyunları – Bakı" keçirilməsi komitəsi yaradılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təbliğatı Təşkilatı"nın rəsmi xəbərə və informasiya portalına istinadla verdiyi xəbərə görə, İİR-nın Azərbaycandakı sərifinin verdiyi xəbərə görə, İran İslam Respublikasının səfirliyinin yerləşdiyi yerdə "İslami Ölkələrin Həmrəylik Oyunları – Bakı" keçirilməsinin komitəsi yaradılıb.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cahangirzadə və Mədəniyyət Əlaqələri işçisi Əsğər Farsi dünən "İslami Ölkələrin Həmrəylik Oyunları – Bakı" keçirilməsinə nəzarət komitəsinin ofisinə gedərək Azərbaycan respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla görüşərək oyunlar barədə söhbət ediblər.

Bu görüşdə Azərbaycan respublikasının Gənclər və İdman naziri Azad Rəhimov İran İslam Respublikasının nümayəndələrinin "İslami Ölkələrin Həmrəylik Oyunları – Bakı" keçirilməsinə nəzarət komitəsi qərargahına gələrək yarışların keçirilməsi ilə yaxından maraqlandıqları üçün xoşhal olduğunu vurğulayaraq oyunların keçirilməsi üçün görülmüş işlərdən danışıb.

Görüşdə İran İslam Respublikasının Bakıdakı səfiri Cahangirzadə çıxış edərək "İslami Ölkələrin Həmrəylik Oyunları"nın Bakıda keçirilməsini böyük bir hadisə adlandırıb və Azərbaycan dövlətinə bu oyunun keçirilməsində təşəbbüs göstərdiyi üçün təşəkkür edib.

İran İslam Respublikasının Bakıdakı səfiri Cahangirzadə qonşu və dost ölkədə belə mühüm və əhəmiyyətli bir mədəni və idman hadisəsinin baş verməsindən xoşhal olduğunu vurğulayaraq dedi: Bu yarışları İran İslam Respublikası tərəfindən müsbət qiymətləndirilir. İnanırıq ki, "İslami Ölkələrin Həmrəylik Oyunları" İslam dünyasının birliyinin qorunmasında və həmrəyliyində mühüm bir addım olacaqdır.

İranın səfiri əlavə edib: Məsələnin əhəmiyyətini nəzərə alaraq Bakıdakı səfirliyimizin tərəfindən də İran nümayəndələrinin bu yarışlarda iştirakını tezləşdirmək və asanlaşdırmaq üçün komitə yaratmışıq.

http://iqna.ir/fa/news/3593324

captcha