IQNA

Quranı təhqir etdiyi üçün Cakartanın qubernatoru barəsində hökm oxunacaq

17:15 - April 28, 2017
Xəbər sayı: 3481594
İndoneziyanın paytaxtı Cakarta şəhərinin şimali məhkəməsinin hakimlik şurası cari ilin may ayının 9-da Quran- Kərimi təhqir etdiyi üçün Cakartanın qubernatoru barəsində hökm oxuyacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "essada.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İndoneziyanın paytaxtı Cakarta şəhərinin şimali məhkəməsinin hakimlik şurası cari ilin may ayının 9-da Quran- Kərimi təhqir etdiyi üçün Cakartanın qubernatoru barəsində hökm oxuyacaq.

İndoneziyanın paytaxı Cakartanın ilk məsihi və xristian qubernatoru "Ahuk" adı ilə tanınan Basuki Ticaha Purnama milliyyətcə çinlidir.

O, cari ilin Mart ayında çıxışlarından birində dedmişdi: Mən müxaliflərim gələn miladi ildə İndoneziyanın müxtəlif şəhərlərinin qubernatorluğu üçün keçiriləcək seçkilərdə mənim qələbəmin qarşısını almaq üçün seçiciləri Quran- Kərimin Maidə surəsinin 51- ci ayəsi ilə aldatdılar və din alimləri də bu ayəni yanlış təfsir edərək müsəlmanları inandırmağa çalışdılar ki, müsəlmanlar mütləq müsəlman nümayəndəyə səs verməlidirlər.

Basuki Ticaha Purnamanın bu çıxışı Cakartada onun əleyhinə kütləvi etirazların yaranmasına səbəb oldu və etirazçılar onun Quran- Kərimə hörmətsizlik etməkdə təqsirli bilərək mühakiməsi edilməsini və cəzalandırılmasını istədilər. Buna görə də Cakarta şəhərinin şimali məhkəməsinin hakimlik şurası cari ilin may ayının 9-da Quran- Kərimi təhqir etdiyi üçün bu qubernator barəsində hökm oxuyacaq.

Qeyd edək ki, Cakartanın qubernatoru Basuki Ticaha Purnama Quran- Kərim barədə dediyi sözlərə görə, bütün müsəlmanlardan üzr istəyərək İndoneziyanın Müsəlman Alimlər Şurasından bağışlanmaq diləyib, amma onun üzr istəməsi müsəlmanları sakitləşdirməyib.

http://iqna.ir/fa/news/3593830


captcha