IQNA

İnsan Haqqları İzləmə Təşkilatı:

Hindistan müsəlmanlar əleyhinə zorakılığı dayandırsın

6:38 - April 29, 2017
Xəbər sayı: 3481597
İnsan Haqqları İzləmə Təşkilatı Hindistanda müsəlmanlar və cəmiyyətin aşağı təbəqələrinin əleyhinə yaramaz və quldur insanların hücumlarının artmasından nigaran olduğunu bildirdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İnsan Haqqları İzləmə Təşkilatı Hindistanda müsəlmanlar və cəmiyyətin aşağı təbəqələrinin əleyhinə yaramaz və quldur insanların hücumlarının artmasından nigaran olduğunu bildirdi.

İnsan Haqqları İzləmə Təşkilatı Hindistanda özlərini "İnəklərin Qoruyucuları" adlandıran yaramaz və quldur insanların inəklərini kəsilməsini və alqı-satqısını bəhanə edərək müsəlmanlar və cəmiyyətin aşağı təbəqələrinin əleyhinə hücumlarının artmasından nigaran olduğunu bildirdi.

Bu təşkilat dünən, Cümə günü, Aprel ayının 28-də elan etdi: Hindistanın dövlət rəsmiləri və vəzifəliləri ən tez zamanda bu cinayət barədə tədqiqatlara başlasın və bu hücumları təşkilən edən ünsürləri cəzalandırsın.

İnsan Haqqları İzləmə Təşkilatı əlavə etdi: 2015-ci ildə indiki baş nazir Narindra Mudinin işə başladığı vaxtdan indiyədək bu cür yaramaz və quldur insanların hücumları nəticəsində Hindistanda ən azı on nəfər müsəlman öldürülüb. Mudi isə bu hücumları təkcə məhkum etməklə kifayətlənib.

Siyasi müşahidəçi və tənqidçilər deyirlər ki, özlərini "inək qoruyucusu" adlandıran bu yaramazlar Hindistanın hakim partiyası "Biharatiya Canata" ilə həmpeyman olan radikal "hindu" qruplaşmaları ilə əlaqəlidirlər.

Qeyd edək ki, Hindistanın 1, 3 milyardlıq cəmiyyətinin 80 faizini hindular təşkil edirlər. Onların inəyi müqəddəs varlıq sayır. Buna görə də Hindistanın bir neçə əyalətində inək ətinin satılması qadağandır.

http://iqna.ir/fa/news/3593871


captcha