IQNA

BMT-nin İnsan Haqqları İzləmə Təşkilatı:

Ərəbistanın BMT-nin "Gender Bərabərliyi Komitəsi"nə üzv olması gülüncdür

7:04 - April 29, 2017
Xəbər sayı: 3481598
BMT-nin İnsan Haqqları İzləmə Təşkilatı Ərəbistanın BMT-nin "Gender Bərabərliyi Komitəsi"nə üzv olmasını kəskin şəkildə tənqid edərək, bunun gülünc və axmaqcasına bir addım olduğunu vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin İnsan Haqqları İzləmə Təşkilatı Ərəbistanda qadın haqlarının aşkarcasına pozulduğu və qadın- kişi ayrıseçkiliyinin hamıya məlum və bəlli olduğu bir halda Ərəbistanın Birləşmiş Millətlər Təşkilatının "Gender (cinsiyyət) Bərabərliyi Komitəsi"nə üzv olmasını kəskin şəkildə tənqid edərək, bunun gülünc və axmaqcasına bir addım olduğunu vurğuladı.

BMT-nin İnsan Haqqları İzləmə Təşkilatının icraçı müdiri Ərəbistanda qadın haqlarının aşkar şəkildə pozulduğunu, qadınlar əleyhinə ayrı- seçkilyin dövlət qanunlarında özünə yer aldığını önə çəkərək vurğuladı: Səudiyyə Ərəbistanını qadınların hüquqlarının qorunması təşkilatına üzv olması buna bənzəyir ki, işi- gücü ora-buranı yandırmaq olan birini hansısa şəhərin yanğından mühafizə idarəsinin rəisi vəzifəsinə təyin edəsən.

BMT Səudiyyə Ərəbistanını qadınların bərabərliyi və haqlarının qorunması təşkilatına bir halda üzv edir ki, 2016- cı ilin qadın haqları ilə bağlı hesabat siyahısına görə, Səudiyyə Ərəbistanı qadınların haqlarının pozulması və cinsi istismarı və həmçinin qadın- kişi ayrı-seçkiliyi baş alıb gedən 144 ölkə arasında 141-ci idi.

Səudiyyə Ərəbistanı həmişə qadınlara qarşı aparılan ayrı-seçkilik siyasətinə və qadınlara qarşı zorakılığa görə, İnsan Haqları təşkilatları tərəfindən tənqid obyekti olub.

Dünyada qadınlara maşın sürməyi qadağan edən tək ölkə Ərəbistandır. Bu qadağa Ərəbistanın vəhabi şexylərinin fətvalarında da özünü qabarıq şəkildə göstərir. Bu fətvalara görə maşın sürən halda tutulan qadınlar mühakimə edilir və onlara şallaq vurulur.

Ərəbistan qanunlarına görə qadınlar evlənərkən, səfərə gedərkən, pasport almaq istəyərkən, türmədən çıxmaq üçün, işləmək üçün və həkimə getmək üçün tayfada olan kişilərdən birindən rizayətnamə və icazə vərəqəsi gətirməlidir.

Qeyd edək ki, BMT-nın iqtisadi və ictimai şurası carı həftənin 3-cü günü Ərəbistanı gələn 4 il ərzində Birləşmiş Millətlər Təşkilatının "Gender (cinsiyyət) Bərabərliyi Komitəsi"nə üzv olaraq seçib.

http://iqna.ir/fa/news/3593864


captcha