IQNA

Nəcəfdə "İmam Əli (ə) Quran Araşdırmalar İnstitutu"nun açılış mərasimi keçirildi

9:13 - April 30, 2017
Xəbər sayı: 3481600
Nəcəf şəhərində Quran, Nəhcül-Bəlağə və "Səhifətul-Səccadiyyə" əsasında İslam maarifinin araşdırılması yönündə təsis edilmiş "İmam Əli (ə) Quran Araşdırmalar İnstitutu"nun açılış mərasimi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəful-Əşrəf şəhərində Quran- Kərim, Nəhcül-Bəlağə və "Səhifətul-Səccadiyyə" tədqiq edilməsi və araşdırılması üçün və həmçinin Nəcəful- Əşrəf Ali Dini Elmi Hövzəsinin tələbələrinin araşdırma və tədqiqat fürsət və imkanlarının çoxalması və asanlaşdırılması yönündə "İmam Əli (ə) Quran Araşdırmalar İnstitutu" təsis edildi.

"İmam Əli (ə) Quran Araşdırmalar İnstitutu" Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin təşəbbüsü ilə təsis edilmişdir.

Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin xəbər və informasiya portalının verdiyi xəbərə görə, ŞƏBAN ayının bayramları münasibətilə və bu bayramlarla eyni zamanda Nəcəf şəhərində Quran, Nəhcül-Bəlağə və "Səhifətul-Səccadiyyə" əsasında İslam maarifinin araşdırılması yönündə təsis edilmiş "İmam Əli (ə) Quran Araşdırmalar İnstitutu"nun açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin idarə heyətinin rəisi Seyid Nəzar Haşim Həblul-Mətin, İraq ziyarətgahlarının nümayəndələri və Nəcəful- Əşrəf Ali Dini Elmi Hövzəsinin ustad və tələbələri iştirak ediblər.

Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin dini işlər idarəsinin rəisi Şeyx Mustafa Əbu Tabuq açılış mərasimində çıxış edərək bildirib ki, institutun əsas hədəfi Quran, Nəhcül-Bəlağə və Səhifətul-Səccadiyyə sahəsində ixtisaslı tədqiqatçılar yetişdirməkdir. Və bu institutda təhsil müddəti iki ildir və təkcə Nəcəf şəhərinin dini tələbləri üçün nəzərdə tutlmuşdur. İnşaallah, yaxın gələcəkdə İraqın bütün əyalətlərində bu institutun filialları təsis ediləcəkdir.

http://iqna.ir/fa/news/3594151

إفتتاح معهد الامام علي (ع) للدراسات القرآنية في النجف

إفتتاح معهد الامام علي (ع) للدراسات القرآنية في النجف

إفتتاح معهد الامام علي (ع) للدراسات القرآنية في النجف

إفتتاح معهد الامام علي (ع) للدراسات القرآنية في النجف


captcha