IQNA

Finlandiyanın İrandakı səfiri:

Məsihiliyi Quranda İncildən daha yaxşı öyrəndim

0:38 - May 07, 2017
Xəbər sayı: 3481623
Finlandiyanın İrandakı səfiri Quran oxumağın dinlərin öyrənilməsində təsirli olduğunu vurğulayaraq dedi: Quranı oxuduqdan sonra İncilə baxışım dəyişdi və xristianlığı Quranda daha yaxşı öyrəndim.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İİR-nın Tehranda keçirilən "30-cu Beynəlxalq Kitab Sərgisi"ndə iştirak edən Heri Kemraynen – Finlandiyanın İrandakı səfiri, İQNA-nın müxbiri ilə müsahibəsində Quran- Kərimi mütaliə etməyi dinləri yaxşı dərk etməyi və dinlər arasındakı oxşarlıqları öyrənməsində əsas amil hesab edərək dedi: Quranı oxuduqdan sonra İncilə baxışım dəyişdi və xristianlıq dinini Quran- Kərimdə İncil tanıtdığından daha yaxşı öyrəndim.

Heri Kemraynen – Finlandiyanın İrandakı səfiri, əlavə etdi: Quran- Kərimi mütaliə etmək dünyada sülhün bərqərar olması və terrorizm ilə mübarizə üçün zəruridir. Mən bu müqəddəs kitabı mütaliə etdikdən sonra anladım ki, Quran- Kərim dinlər arasındakı oxşarlığı ortaya qoyan yeganə dini kitabdır və dinlərin oxşarlıqlarını dərk etmək insalar arasında ixtilafların götürülməsinə, vəhdət yaranmasına və beynəlxalq sülhün bərqərar olmasına kömək edir.

Finlandiyalı səfir dedi: Quran- Kərim Orta Şərq coğrafiyasında yaşayan peyğəmbərlərdən danışır və çalışır ki, müxtəlif dinlər arasında olan ortaq nöqtələri və müştərək məqamları göstərsin.

O vurğuladı: Quran- Kərim İslam dinini digər dinlər ilə, xüsusilə də Məsihilik ilə müştərək cəhətlər malik olduğunu qabardır və buna görə də Quran- Kərimi çox mütaliə etmək insanlarda İslam barədə yaranmış anlaşılmamazlıqları ortadan götürəcəkdir.

Qeyd edək ki, Finlandiya Avropanın şimalında İskandinaviya regionu ölkələrindən biridir və 5.4 milyon cəmiyyəti vardır. Paytaxtı Helsiniskidir. 1917-ci ildən müstəqil respublikadır.

Seyyidə Nərgiz Vahabzadə/ İQNA

http://iqna.ir/fa/news/3596338


captcha