IQNA

Kristian Luderz:

Almaniyanın hicablı xanımları irqçi hücumlara məruz qalırlar

7:07 - May 07, 2017
Xəbər sayı: 3481625
Almaniyanın irqçilik və ayrı-seçkilik ilə mübarizə ajansının rəisi bu ölkədə hicablı xanımların iş yerində və ictimai həyatlarında irqçilik və ayrı-seçkilik hücumlarına məruz qaldıqlarını elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın irqçilik və ayrı-seçkilik ilə mübarizə ajansının rəisi bu ölkədə hicablı xanımların iş yerində və ictimai həyatlarında irqçilik və ayrı-seçkilik hücumlarına məruz qaldıqlarını elan edib.

Kristian Luderz -irqçilik və ayrı-seçkilik ilə mübarizə federal agentliyinin rəisi, bu xəbəri elan edərək dedi: Almaniya cəmiyyətində İslami örtük və hicaba riayət edən xanımların əksəriyyəti müxtəlif cür ayrı-seçkilik hücumlarına məruz qalırlar, amma onların çoxu bu barədə lazım olan orqanlara şikayət etmirlər.

O əlavə etdi: Hicablı xanımlar bazarda, iş yerlərində, ictimai yerlərdə, idman klublarında və hətta ev icarə etmək istəyərkən ayrı-seçkilik hücumlarına məruz qalırlar.

Kristian Luderz dedi: Camaatın çoxu Almaniyada hicabın və digər dini simvolların qadağan olunması barədə qanun yoxdur və əksinə, qanun hicab və dini simvollara qarşı olan bu qadağalara qadağa qoymuşdur. Buna görə də iş adamları, klub rəisləri və ya digər idarə məsullarının dini simvollardan istifadə etdiyinə görə kiminləsə sərt davranmaq hüquqları yoxdur.

O əlavə etdi: 2016-cı ildə ayrı-seçkilik və irqçilik zəmnində zorakılıqla bağlı 21 min şikayət ərizəsi almışıq ki, bundan 300-ü hicablı xanımlara aid olub. Bu isə həqiqəti əks etdirmir. Bizim əlimizdə olan məlumatlara görə hücuma məruz qalan hicablı xanımların sayı daha çoxdur.

Almaniyada 5 milyon müsəlman yaşayır. Və dini azadlıqlar bu ölkənin ana yasası tərəfindən himayə edilir. Bununla belə yenə də hicablı müsəlman xanımlar son illərdə irqçi və ayrı-seçkilik hücumlarına məruz qalırlar. Bunun da əsas səbəbi bəzi siyasi partiyalar tərəfindən mediada müsəlman miqrantlara qarşı aparılan siyasi təbliğatlardır.

Almaniyada Fransada olduğu kimi dini simvollar və hicabın əleyhinə sərt qanunlar olmasa da, Avropa ali məhkəməsinin son günlərdə qərara aldığı qanuna görə iş adamlarına icazə verilib ki, istəsələr öz işçilərinə dini simvolları ehtiva edən geyimləri qadağa edə bilərlər.

http://iqna.ir/fa/news/3596387


captcha