İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin xəbər və informasiya kanalına istinadla verdiyi xəbərə görə, Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul- Quranil- Kərim" idarəsinin təşəbbüsü ilə İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı başladı.
Hüseyn əl- Həkim - yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planının icrasına nəzarətçi, bu xəbəri elan edərək dedi: Quran- Kərim ustadlarını yetişdirilməsi təlim planının ilk fazası üç mərhələdə başlamışdır. Bu mərhələlərin hər birisi iki ay müddətində başa çatacaqdır.
O əlavə etdi: İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı kursları Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Quran, Nəhcül-Bəlağə və Səhifətul-Səccadiyyə araşdırmaları müəssisəsi"ndə keçiriləcəkdir. Kurslarda iştirak etmək üçün daha öncədən Quran- Kərim tilavət və təcvid hökmlərini bilmək zəruridir.
əl-Həkim vurğuladı: İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı kursları ölkənin Quran fəalları tərəfindən geniş, maraq və sevinclə qarşılanmışdır.
http://www.iqna.ir/fa/news/3596836