IQNA

Ayətullah İsa Qasımın barəsində hökm çıxarılması təxirə salındı

9:30 - May 08, 2017
Xəbər sayı: 3481629
Bəhreynin Ağır Cinayətlər Üzrə Cəza Məhkəməsinin 4-cü şöbəsi, dünən, həftənin bazar günü, ardıcıl olaraq ikinci dəfə Ayətullah İsa Qasımın barəsində hökm çıxarılmasını təxirə saldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin Ağır Cinayətlər Üzrə Cəza Məhkəməsinin 4-cü şöbəsi, dünən, həftənin bazar günü, 7 May 2017-ci il tarixində, ardıcıl olaraq ikinci dəfə şiələrin mənəvi rəhbəri Ayətullah İsa Qasımın əleyhinə hökm çıxarılmasını təxirə saldı.

Bəhreynin "Mir`atul- Bəhreyn" xəbər və informasiya portalının vediyi xəbərə görə, Bəhreynin Ağır Cinayətlər Üzrə Cəza Məhkəməsinin 4-cü şöbəsi, dünən, həftənin bazar günü, 7 May 2017-ci il tarixində, elan etdi ki, Ayətullah İsa Qasımın əleyhinə hökm çıxarılması May ayının 21-dək təxirə salındı.

Dünənki məhkəmədə Ayətullah İsa Qasımın dəftərxana müdiri Şeyx Hüseyn Yusif əl-Məhrusun və bu dəftərxanın məsul üzvü Mirzar əd-Durazinin də hökmü oxunacaqdı ki, onların da hökmlərinin oxunması ikinci dəfə təxirə salındı.

Xəbər portallarının yaydığı məlumata görə isə, şiələrin mənəvi rəhbəri Ayətullah İsa Qasımın məhkəmə prosesi zamanı bütün ölkədə, o cümlədən məhkəmə keçirildiyi yerdə ciddi təhlükəsizlik tədbirləri görülmüşdü.

Bəhreyn rejimi şiələrin mənəvi rəhbəri Ayətullah İsa Qasımı rejim əleyhinə iğtişaş yaratmaqda, qeyri-qanuni sərvət toplamaqda və xalqdan "xüms" yığmaqda günahlandırır.

Qeyd edək ki, Bəhreyn xalqı şiələrin mənəvi rəhbəri Ayətullah İsa Qasımın azadlığa buraxılması üçün hər gün genişmiqyaslı etiraz aksiyaları keçirir.

http://iqna.ir/fa/news/3591352


captcha