IQNA

Dr. Həsən Ruhani yenidən İran xalqı tərəfindən prezidentliyə seçildi

18:00 - May 20, 2017
Xəbər sayı: 3481673
İran İslam Respublikasında həftənin Cümə günü, 19 may 2017-ci il tarixində keçirilən prezident seçkilərində Həsən Ruhani 57 faiz səs qazanaraq yenidən İran xalqı tərəfindən prezidentliyə seçildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında həftənin Cümə günü, 19 may 2017-ci il tarixində keçirilən prezident seçkilərində Həsən Ruhani 57 faiz səs qazanaraq yenidən İran xalqı tərəfindən prezidentliyə seçildi.

İran İslam Respublikasının daxili işlər naziri Əbdürriza Rəhmani Fəzli bu gün, həftənin şənbə günü, 20 may 2017-ci il tarixində mətbuat konfransında elan etdi ki, səsvermə məntəqələrində verilən səslərin 92/7 faizinə görə İran İslam Respublikasının 12-ci prezident seçkilərinin nəticəsi aşağıdakı kimi elan edilir:

Verilən səslər cəmi: 41, 220, 131

Dr. Həsən Ruhani 23, 549, 616 səs (57%) toplayaraq qarşıdan gələn 4 il üçün yenidən İran xalqının prezidenti olacaqdır.

Seçkilərdə iştirak edən digər namizədlər isə aşağıdakı sıralama ilə səs əldə edə biliblər: 

Seyyid İbrahim Rəisi: 15, 786, 449 səs 

Seyid Mustafa Mirsəlim: 478 215 səs

Seyid Mustafa Haşimi Təba: 215 450 səs 

http://iqna.ir/fa/news/3601375


captcha