IQNA

Malaziya Beynəlxalq Quran yarışlarının birincisi iranlı oldu

23:33 - May 20, 2017
Xəbər sayı: 3481675
Malaziyanın 59-cu Beynəlxalq Quran Yarışlarında Quran- Kərimin peşəkar qiraəti üzrə birinci yeri İran İslam Respublikasının bu yarışlardakı nümayəndəsi Hamid Əlizadə qazandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyaya ezam edilmiş müxbirinin verdiyi xəbərə görə, bu gün, şənbə günü, 20 May 2017-ci il, Malaziyanın 59-cu beynəlxalq Quran yarışlarının yekun mərasimi keçirilib və qaliblərin adları açıqlanıb.

Bu xəbərə görə, May ayının 15-də başlamış və bu günə qədər davam edən bu yarışlarda Quran- Kərimin peşəkar qiraəti üzrə birinci yeri İran İslam Respublikasının bu yarışlardakı nümayəndəsi Hamid Əlizadə qazandı.

Bu yarışların ikinci, üçüncü, dördüncü və beşinci yerlərini isə, aşağıdakı sıralama ilə Bruneyidən Oğku Məhəmməd Ədib əl-Əmin ibn Fəğirən Hac Mərzuqi, Malaziyadan Van Fəxruddin ibn Van Məhəmməd, Kanadadan Məhəmməd Məruf Hüseyn və Sinqapurdan Nur Məhəmməd ibn Əli əldə ediblər.

Yarışların Quran- Kərimin hifzi bölməsində isə kişilər qrupunda Senaqal, Malaziya və Qətər və xanımlar qrupunda Nigeriya, Fələstin və Senqaldan olan iştirakçılar qazanıblar.

Qeyd edək ki, Quran- Kərimin hifzi və qiraəti üzrə Malaziya beynəlxalq Quran yarışlarının 59-cu turu 49 kişi və 42 nəfər xanımın iştirakı ilə May ayının 15-də başlamışdı və bu gün, 20 may 2017-ci il tarixində öz işini sona çatdırdı.

Paytaxt Kualalampurda keçirilən yekun mərasimində Malaziyanın padşahı da iştirak edib.

http://iqna.ir/fa/news/3599530


حامد علیزاده



Hamid Əlizadə

captcha