IQNA

Vyetnamda ən böyük məscidin açılış mərasimi keçirildi

9:46 - May 21, 2017
Xəbər sayı: 3481676
Cari həftənin Cüməaxşamı günü, 18 May 2017-ci il tarixində, Vyetnamın "Angiyang" əyalətinin Çaudak şəhərində bu ölkənin ən böyük məscidinin açılış mərasimi keçirildi.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cüməaxşamı günü, 18 May 2017-ci il tarixində, Vyetnamın "Angiyang" əyalətinin Çaudak şəhərində bu ölkənin ən böyük məscidinin açılış mərasimi keçirildi.

Türkiyəli tacir və biznesmen Talib Qəhramanın və Türkiyənin humanitar yardımlar fondunun (İHH) maddi dəstəyi ilə tikildiyi üçün "Qəhrəmanlar Rəhmət" adlanan bu məscid bir il ərzində tikilmişdir.

Vyetnamın ən böyük məscidi olan "Qəhramanlar Rəhmət" məscidində eyni vaxtda 1200 nəfər müsəlman öz dini ayinini yerinə yetirə və namaz qıla biləcəkdir.

"Qəhramanlar Rəhmət" məscidin açılış mərasimində Kambuc və Vyetnam müsəlmanlarından 1500 nəfər iştirak edib.

Açılış mərasimində çıxış edən Həsən Aynaçı - Türkiyənin humanitar yardımlar fondunun (İHH), dedi: "Türkiyə Humanitar Yardımlar Fondu Vyetnamda məscidlər, mədrəsələr və İslami Mərkəzlər təsis etmək və timək layihəsini davam etdirəcəkdir".

Qeyd edək ki, Türkiyə Humanitar Yardımlar Fondu (İHH) 1995-ci ildə təsis edilmişdir. İndiyədək dünyanın 11 ölkəsində 32 yetimlər və kimsəsizlər evi təsis etmişdir.

Bu fond cari ilin ilk üç ayında Suriyaya da Türkiyə xalqı tərəfindən toplanmış 1518 maşın yükü humanitar yardım göndərmişdir.

http://iqna.ir/fa/news/3601282


Teqlər: iqna ، vyetnam ، mescid
captcha