IQNA

Almaniyanın Munix şəhərində digər bir məscidin də qapısı möhürləndi

9:53 - May 21, 2017
Xəbər sayı: 3481678
Almaniya polisi ölkənin cənubunda yerləşən Munix şəhərində təhlükəsizlik tədbirlərini gücləndirmə və ehtimal olunan odvurulma hadisəsinin qarşısını almaq bəhanəsi ilə bir məsicidin qapısını bağladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya polisi bu ölkənin cənubunda yerləşən Munix şəhərində təhlükəsizlik tədbirlərini gücləndirmə və ehtimal olunan odvurulma hadisəsinin qarşısını almaq bəhanəsi ilə bir məsicidin qapısını bağladı.

Xarici "kiv"lərin verdiyi məlumatda deyilir ki, Almaniyanın təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirlərini gücləndirmə və ehtimal olunan odvurulma hadisəsinin qarşısını almaq bəhanəsi ilə bu ölkənin üçüncü ən böyük şəhəri olan Munixin qədimi məhəllələrindən birində yerləşən bir məscidin qapısını bağlayıblar.

Bu məscidin camaat imamı İbrahim İdris isə məsələni başqa cür izah edərək deyib ki, cari ildə bu məscidə namazqılanların sayı gözə çarpacaq dərəcədə çoxalmışdı və yüzlərlə insan Cümə namazını qılmaq üçün buraya gəlirdi. Amma bu məscid keçən həftə bağlandığı üçün namazqılanlar bu həftənin Cümə namazını maşın qarajında qılıblar.

Munixin İslam şurası bu şəhərdə davamlı şəkildə məscid qapılarının bağlanmasına etiraz əlaməti olaraq bəyanat yayıb ki, Ramazan ayının ilk Cümə namazı Munix şəhərinin mərkəzi xiyabanlarından birində qılınacaqdır.

İslam şurası bunu da bildirib ki, Almaniya rəsmilərinin məscidlərin bağlanması barədə gətirdikləri dəlillər bəhanədən başqa bir şey deyildir. Çünki məscidlərin qapısı bağlandıqda onların namazqılan müsəlmanlar digər məscidlərə üz tuturlar ki, bu da məscidlərdə sıxlıq yaradır və təhlükəsizlik qaydaları daha da artıq pozulma ehtimalı ilə üzləşir.

http://iqna.ir/fa/news/3601400


Teqlər: iqna ، məscid ، almaniya ، munix
captcha