IQNA

Ayətullah Şeyx İsa Qasim bir il müddətinə azadlıqdan məhrum edildi

12:57 - May 22, 2017
Xəbər sayı: 3481681
Dünən Bəhreyndə ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin məhkəməsi keçirilib.

Ayətullah Şeyx İsa Qasim bir il müddətinə azadlıqdan məhrum edildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki,Ali Xəlifə rejimi məhkəməsinin hökmü ilə Ayətullah Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla 1000 Bəhreyn dinarı məbləğində cərimə edilib.

Məhkəmənin qərarına əsasən, Ayətullah Isa Qasim barəsində çıxarılan 1 illik həbs cəzasının icrası üç il təxirə salınır.

Şeyx İsa Qasim Bəhreyn şiələrinin rəhbəridir. O, 1971-ci ildə Bəhreyn ölkəsi müstəqil olduqdan sonra təhsil aldığı Nəcəf şəhərindən ölkəsinə qayıdıb və xalqın seçimi ilə parlamentdə təmsil olunub və uzun müddət Bəhreyn Milli Məclisinin üzvi olub.

Şeyx İsa Qasim 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun vətəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz bölgəsində etirazlar davam edir.

Qeyd edək ki, bir müddət öncə Bəhreyn təhlükəsizlik rəsmilərindən Əmcəd Taha öz tviter səhifəsində tezliklə Ayətullah Şeyx İsa Qasimin Bəhreyndən sürgün ediləcyi ilə bağlı paylaşım etmişdir.

Xatırladaq ki Bəhreyn insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum edib.

Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır.

captcha