IQNA

I Qədr gecəsi; Müsəlmanlar əhya saxladı

10:29 - June 14, 2017
Xəbər sayı: 3481755
Ötən gecə Mübarək Ramazan ayının 19-cu gecəsi birinci Qədr gecəsi idi və İranın hər bir yerində vətəndaşlar məscidlər və digər dini məkanlara toplaşaraq Qədr gecəsi mərasimlərini keçiriblər.

I Qədr gecəsi; Müsəlmanlar əhya saxladı

Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələridir və müsəlmanlar gecəni oyaq qalmaqla, başa Quran tutmaqla və Cövşən-Kəbir duasını oxumaqla, Allah-taala ilə raz-niyaz edirlər.

Qədr gecəsi bütün ilin gecələrinin fəzilətinin çatmadığı gecədir, həmin gecədə ibadət min gecənin ibadətindən yaxşıdır və ilin taleyi həmin gecədə müəyyənləşir.

İslami İran vətəndaşları Qədr gecələrində məscidlər və digər dini məkanlar, xüsusilə də dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı, Cəmkəran məscidi və Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahına toplaşaraq Qədr gecəsi ayinlərini icra edirlər.

HƏmçinin mübarək Ramazan ayının 19-cu imam Əlinin(ə) qılınc zərbəsi aldığı gündür.həmin günsəhərçağı Xəvariclər qrupundan İbn Mülcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət İmam Əli (ə) sübh namazını qıldığı halda, zəhərli qılıncı ilə onun başından vurdu.

Dünya şiələrinin imamı bu zərbədən sonra evdə xəstə yatağına düşdü və iki gün sonra mübarək Ramazan ayının 21-də şəhid oldu.

captcha