Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı polisi Qətər vətəndaşlarının Məscidul-hərəmə daxil olmasına icazə verməyib. Bu barədə ölkənin insan haqları üzrə milli komitəsinin sədri açıqlamasında bildirib.
Bu barədə komitəyə şikayət ünvanladığını deyən Əli bin Sumeyx bildirib: "Vətəndaşlarımızın Məscidul-hərəmə daxil olmasına maneçilik törədilib və dərhal Kəbənin ətrafını tərk etmələrilə bağlı göstəriş verilib. Bu addım açıq-aşkar olaraq müsəlmanların hüquqlarının tapdalanmasıdır.”