IQNA

Xristianlardan müsəlmanlara Ramazan jesti

10:51 - June 15, 2017
Xəbər sayı: 3481758
Birləşmiş Ərəb Əmirliklərindəki xristianlar Ramazan ayın münasibəti ilə maraqlı aksiya keçiriblər.

Xristianlardan müsəlmanlara Ramazan jesti

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində yerləşən kilsə yerli müsəlmanlar üçün iftar süfrəsi təşkil edib. Xristian məbədi öz qapılarını təkcə iftar üçün yox, həm də ibadət üçün açıq edib.

Ümumilikdə iftarda 250 nəfər iştirak edib.

"Bizim kilsə fəhlələrin yaşadığı yataqxanalar ilə əhatələnib. Biz bir neçə yataqxanaya getdik və onlar da bizim fikrimizi sevinclə qarşıladılar. Ümid edirik ki, mesajımız bəzilərini çətinliklərlə dolu müasir dünyada dinindən asılı olmayaraq bütün insanlara hörmətlə yanaşmağın nə qədər mühüm olması barədə düşünməyə vadar edəcək.”, - deyə Ponnaçen Ata bildirib.


captcha