IQNA

300 min fələstinli Məsciduləqsadakı cümə namazında iştirak edib

10:47 - June 17, 2017
Xəbər sayı: 3481764
Qüds şəhəri və İordan çayının qərb sahilindən olan 300 minə yaxın fələstinli Məsciduləqsada mübarək ramazan ayının üçüncü cümə namazında iştirak edib.

300 min fələstinli Məsciduləqsadakı cümə namazında iştirak edib

Sahartv-nin məlumatına görə,İordan çayının qərb sahilində yerləşənRamullha şəhərinin cənubundakı Qələndiyya yoxlama-buraxılış məntəqəsindəyerləşmişsionist hərbçilər bu gün fələstinli gənclərəmübarək Ələqsa məscidində cümə namazı qılmaq üçün Qüds şəhərinə getməyi qadağan ediblər ki, bu zalımcasına hərəkətin ardınca fələstinlilərlə sionist hərbçilər arasında toqquşmalar baş verib.

Sionistlər fələstinlilərə tərəf atəş açıb, gözyaşardıcı qaz işlədiblər. Nəticədə bir qrup fələstinli yaralanıb və boğuntu halına düşübdür.

Sionist hərbçilər bu toqquşmalar zamanı bir qrup fələstinlini həbs ediblər.

Sionist işğalçılar hər gün müxtəlif bəhanələrlə fələstinlilərə basqın edərək, onları həbs edir və bəzi hallarda heç bir ittiham olmadan onları zindana salırlar.

Fələstinin "Əlzəmir" insan haqları qrupunun statistikalarına əsasən, təqribən 6500 fələstinli hazırda sionist rejim məhbəslərində həbsdədir ki, onların 62nəfəri qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqlardır.

captcha