IQNA

İranda üçüncü qədr gecəsi qeyd olunub

11:33 - June 18, 2017
Xəbər sayı: 3481766
Fəzilətlə dolu qədr gecələrinin üçüncü və sonuncu gecəsinin əhya mərasimi möminlərin iştirakı ilə bütün İslami İranda keçirilib.

İranda üçüncü qədr gecəsi qeyd olunub

Sahartv-nin məlumatına görə, İmamət və vilayət aşiqləri mübarək ramazan ayının 23-cü gününün gecəsində bütün İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, mübarək məqbərə və ziyarətgahlar, həmçinin digər dini məkanlarda bir araya gəlib, obaşdan çağınadəkQurani-Kərim qiraət edərək, Coşən Kəbir duasını və əzəmətli ilahi adları zümzümə ediblər.

İsmət və paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də möminlər ağasıƏmirəlmöminin Həzrət Əli (ə)-ın və Həzrət Seyyiduşuhəda(ə)-ınvəsfində növhələroxuyub, mərsiyələr deyiblər.

Mübarək ramazan ayının 23-cü gününün gecəsinin kulminasiya nöqtəsi müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın vəQum şəhərində Həzrət Məsumə(s.ə)-nın pak hərəmlərində olubdur.

Mübarək ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir və müsəlmanlar həmin gecələrdə gecə oyaq qalmaq,Qurani-Kərimi başları üzərinə qoymaq, dua etmək və Coşən Kəbir duasınıoxumaqlaAllah-Taala ilə razu-niyaz edirlər.

Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu bir gecə onun fəzilətinə çatmaz və onda əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin təqdiri müəyyən olur.

Teqlər: iran ، qədr gecəsi ، İslam ، quran ، məscid ، namaz
captcha