IQNA

Hindistanda nadir əlyazma Quran nüsxələri sərgisi

12:10 - June 19, 2017
Xəbər sayı: 3481771
Hindistanın Rampur şəhərində yerləşən Rza (sa) kitabxanası Ramazan ayında çox sayda fərqli inanc mənsublarına ev sahibliyi etməkdədir.

Hindistanda nadir əlyazma Quran nüsxələri sərgisi

Hindistanın Rampur şəhərində yerləşən Rza (ə) kitabxanasında Ramazan ayında keçirilən nadir əlyazma Quran nüsxələri sərgisi fərqli inanc mənsublarına ev sahibliyi etməkdədir.

Rıza Kitabxanasındakı əlyazma Quran nüsxələrindən birisi 13-cü əsrdə məşhur Bağdadlı Xəttat Yaqut Əl-Mustasimi tərəfindən qızıl suyu ilə yazılıb.

Bu Quran nüsxələrindən bəziləri dünyada ən qədim hesab edilə biləcək Quran nüsxələridir. 7-ci əsrdə Kufi xətti ilə dəri üzərinə yazılan və İmam Əliyə (ə) aid olduğu ehtimal edilən bir Quran nüsxəsi də bu sərgidə sənətsevərlərin qarşısında təqdim edilir. Bu nadir Quran nüsxəsini görmək üçün sərgidə sıraya düzülürlər.

Bu sərgidə həmçinin 8-ci əsrdə yazılmış və imam Cəfər Sadiqə (ə) aid olduğu güman edilən bir başqa elyazma Quran nüsxəsi də vardır ki, bənzərsiz yazı tərzi ilə məşhurdur.

3610298

captcha