IQNA

Avropada "İslam düşməni" məscid yaxınlığında hücum törətdi

12:46 - June 19, 2017
Xəbər sayı: 3481773
Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb.

Avropada

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

"8 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərilib.”, - deyə London polisinin nümayəndəsi bildirib.

İnsident bu gün gecə saatlarında baş verib. Furqonun sürücüsü hadisə şahidləri tərəfindən tutulub və polisə təhvil verilib.

Ölkə Baş naziri Tereza Mey bildirib ki, polis hadisəni potensial terror aktı kimi nəzərdən keçirir.

Böyük Britaniya Müsəlman Şurasının başçısı Harun Xan bildirib ki, hücumu törətmiş şəxs qabaqcadan planlaşdırılmış şəkildə və islamofob əhval-ruhiyyə ilə hərəkət edib.

O bildirib ki, Böyük Britaniyanın müsəlman icması son həftələr və aylar çox sayda islamofob problemlərlə üzləşib və bu gün baş verən də onlardan biridir.

Teqlər: avropa ، quran ، iqna ، məscid ، hücum ، london ، böyük britaniya
captcha