IQNA

Bakıda Quran və itrət sərgisi açılıb

11:47 - June 20, 2017
Xəbər sayı: 3481776
Qurani-Kərim və İtrət sərgisi İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin "Şəhriyar" adına mədəniyyət evində fəaliyyətə başlayıb.

Bakıda Quran və itrət sərgisi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbərinə görə, İslam İnqilabının Böyük Rəhbərinin ofisi sədrinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Mohsen Qominin iştiraki ilə keçirilən sərgidə 250 cild Qurani-Kərim nümayişə qoyulmuşdur.

Sərgidə Qurani-Kərimin xətti nüsxələri, Quranın başqa dillərə olan tərcüməsi və Qurana aid olan əl işləri, o cümlədən xəttatlıq, təzhib, naxışla yazma və Qurana məxsus olan tablolar nümayişə qoyulan əsərlərdən idi.

Bu sərginin açılış mərasimində çıxış edən Ayətullah Mohsen Qomi, Qurani-Kerimi hər gün oxumağa və ona əməl etməyə təkid edib.

O qeyd edib ki, biz fəxr edirik ki, Quran İslam Peyğəmbərinin böyük mücizəsi və bəşəri nicat verən bir kitabdır.

Daha sonra çıxış edən Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad Həzərt Əlinin (Ə) şəhadəti ilə bağlı başsağlığı verərək, o həzrətin həyatından və nəhcül-bəlağə kitabının əhəmmiyətindən danışıb.

Həmçinin bu mərasimdə biri İranlı olmaqla Azərbaycanın müxtəlif bölgələrindən olan qarilərin iştiraki ilə Quranla üns məclisi keçirilib.

3611451


برپایی نمایشگاه قرآن و عترت در باكو + عکس

captcha