IQNA

Bu şəhərin əhalisi Ramazan ayında hər gün iki dəfə iftar edir

13:45 - June 20, 2017
Xəbər sayı: 3481779
Türkiyənin İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Iğdır şəhərində insanların məzhəb fərqinə görə iftar üçün iki dəfə azan oxunur.

Bu şəhərin əhalisi Ramazan ayında hər gün iki dəfə iftar edir

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyə mediasına istinadla verdiyi xəbərə əsasən, Türkiyənin İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Iğdır şəhərində insanlar Ramazan ayında gün ərzində iki dəfə iftar edir.

Şəhərdə ilk azan sünnilər tərəfindən, bundan 8 dəqiqə sonra ikinci azan isə Şiələr tərəfindən oxunur.

Məlumata görə, illərdir davam edən bu vəziyyət yerlilər tərəfindən təbii qarşılanır və sakinlər azanın hansı məsciddə oxunduğuna baxaraq oruclarını açırlar.

3611583

captcha