IQNA

Ayətullah Cəvadi Amoli "Ümumdünya Qüds Günü" yürüşündə iştiraka təkid etdi

14:15 - June 21, 2017
Xəbər sayı: 3481783
Təqlid mərcələrindən Ayətullah Cəvadi Amoli bir müraciətdə vurğulayıb: Ümumdünya Qüds Günü yürüşündə iştirak Qüds və Fələstinlilərin təhlükəsizliyini təmin edir.

Ayətullah Cəvadi Amoli

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi xəbərə görə, Ayətullah Cəvadi Amoli bu müraciətdə əlavə edib: Bu mərasimdə iştirak həmçinin, imperializm və sionizmi məhkum edərək, dünyanı zəmanənin sahibi olan vəd olunmuş Mehdinin(ə) zühuruna şərait yaradır.

Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyninin(rə) təşəbbüsü ilə Ümumdünya Qüds Günü adlandırılıb ki, dünya müsəlmanları sionist rejimin irqçi siyasətlərinə qarşı öz narazılığını elan etsin.

captcha