Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə
istinadla xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün axşam
İslam ölkələri başçılarına ayrı-ayrılıqda ünvanladığı müraciətlərdə Fitr
bayramı münasibəti ilə onları təbrik edib və bildirib:
Bərəkət və rəhmət ilə
yanaşı olan bu bayram sayəsində bütün müsəlmanlar arasında sülh, sabitlik, təhlükəsizlik,
həmrəylik, yekdillik və qardaşlıq hislərinin daha da möhkəmlənəcəyini və İlahi
rəhmət dini olan İslam dini ilə bağlı dünyada dolğun və aydın bir təsəvvür
formalaşdıra biləcəyimizi arzu edirəm.