IQNA

İŞİD üzvlərinə "cənnət pasportu" verməyə başladı

14:14 - June 28, 2017
Xəbər sayı: 3481803
İŞİD-in üzvlərinə şəhəri nəzarətlərində saxlamaları və kamikadze hücumları reallaşdırmaları üçün təşviqat məqsədilə "cənnət pasportu" verməyə başladığı ortaya çıxıb.


İŞİD üzvlərinə

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İŞİD-in üzvlərinə şəhəri nəzarətlərində saxlamaları və kamikadze hücumları reallaşdırmaları üçün təşviqatməqsədilə "cənnətpasportu" verməyə başladığı ortaya çıxıb.

"Demokratik Suriya Qüvvələri" (DSQ) tərəfindən Raqqada aparılan əməliyyatlarda "cənnət pasportları" ələ keçirilib.

Sosial mediaya əks olunan pasportları alan terrorçuların İŞİD-i qoruyacaqları və kamikadze hücumu həyata keçirəcəkləri halda cənnətə göndəriləcəyi və özlərinə behiştdə qızlar veriləcəyi bildirilib.

Yaşıl və qızılı rənglərinin istifadə edildiyi, professionallıqla hazırlanmış pasportlarda Qurandan ingiliscə və ərəbcəayələr yer alır. Şəxsi məlumatların olmadığı pasportlarda terrorçular kamikadze kəmərləri və partlayıcı ilə yüklənmiş avtomobillərlə terror aktı həyata keçirməyə təşviq edilir.

Teqlər: iqna ، quran ، İslam ، kamikadze ، İŞİd
captcha