IQNA

Bosniyalı uşaqların hüznlü sədası;

Serbiya müsəlmanlarının qətliamının ildönümü filmi

9:01 - July 15, 2017
Xəbər sayı: 3481869
Cari həftənin ikinci günü Serbistan müsəlmanlarının Bosniya və Herseqovinada faciəli şəkildə qətliamının və soyqırımının iyirimi ikinci ildönümü mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin ikinci günü, 11 İyul 2017-ci il, Serbistan müsəlmanlarının Bosniya və Herseqovinada faciəli şəkildə qətliamının və soyqrımının iyirimi ikinci ildönümü mərasimi beynəlxalq cəmiyyətlərin, Bosniya və Herseqovina nümayəndələrinin, siyasi, mədəni və dini şəxsiyyətlərin, xarici qonaqların, müxtəlif ölkə səfirlərinin, o cümlədən İran İslam Respublikası səfirinin iştirakı ilə keçirilib.

İran İslam Respublikasının Tele- Radio Şirkətlər Birliyinin Sarayevodakı ofisinin verdiyi məlumata əsasən, bu mərasim lentə alınaraq sənədli film şəkilində istehsal və nəşr edilib ki, yayımlanan filmdə bosniyalı bir uşaq hüznlü səslə Serbiya nəğməsi oxuyur.

İkinci dünya müharibəsindən sonra Avropanın ən faciəli cinayəti sayılan bu hadisənin iyirmi ikinci ildönümü mərasimi ilə həmzaman Bosniya və Herzeqovina müsəlmanları həmin hadisəndə şəhid olan 71 nəfərin yeni kəşf edilmiş cənazəsini də xalqın izdihamlı müşayiəti ilə dəfn ediblər.


http://iqna.ir/fa/news/3618485

Teqlər: iqna ، serbiya ، bosniya ، herseqovina
captcha