IQNA

Sionist İsrail rejimi Qüds müftisini həbs etdi

9:04 - July 16, 2017
Xəbər sayı: 3481873
Verilən son məlumatlara əsasən, Sionist İsrail rejiminin polisi ötən gün Qüds şəhərinin müftisi şeyx Muhəmməd Hüseyni tutub.

Sionist İsrail rejimi Qüds müftisini həbs etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Sinonist İsrail rejiminin polisi ötən gün Qüds şəhərinin müftisi şeyx Muhəmməd Hüseyni tutub. Yerli KİV-in məlumatına görə, ilahiyyatçı cümə namazından dərhal sonra həbs edilib.

Xatırladaq ki, ötən gün 3 fələstinli israilli polisləri atəşə tutub. 2 polis ölüb, 1-i isə yaralanıb.

Hücum edənlərin özləri isə Məbəd dağı ərazisində gizlənsələr də, sonra da Sinonist İsrail rejimi tərəfindən öldürülüblər.

Müftinin də məlum hadisələrlə bağlı olaraq saxlanıldığı qeyd edilir.

captcha