IQNA

Şeyx Zəkzəkiyə qarşı sui-qəsd hazırlanır

15:43 - July 20, 2017
Xəbər sayı: 3481890
Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Yəqubi Zəkzəkiyə qarşı bir sui-qəsd planının hazırlandığını bildirib.


Şeyx Zəkzəkiyə qarşı sui-qəsd hazırlanır

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki, İbrahim Musa etibarlı mənbələrdən əldə etdikləri məlumatlara əsasən, yaxın gələcəkdə Nigeriya İslam Hərəkatı üzvlərinə qarşı hücum təşkil olunacağını deyib. "Nigeriya İslam Hərəkatına qarşı həyata keçiriləcək çirkin plan qarşıdakı həftələrdə ölkə səviyyəsində çatdırılacaq mühüm bir təbliğatdan sonra başlayacaq. Bu xain layihəni hazırlayanlar böyük liderimiz Şeyx Zəkzəki və günahsız mülki vətəndaşları qətlə yetirərək, Nigeriya İslam Hərəkətını məhv etməyi planlaşdırırlar", - deyə İbrahim Musa bildirib.

O, Nigeriya İslam Hərəkatı üzvlərinə qarşı təzyiq əməliyyatı həyata keçirmək üçün hərbi hissələrin bu ölkənin mühüm şəhərlərində yerləşdirildiyi bildirib: "Şeyx Zəkzəki və Nigeriya İslam Hərəkatı üzvlərinin qətlə yetirilməsi Nigeriya dövləti və xalqının xeyrinə deyil. Bu səbəblə soyqırım şəklində keçiriləcək bu xain planın təcili olaraq, dayandırılmasını istəyirik”.

Nigeriya ordusu ölkənin şimalındakı Zaria şəhərində 2015-ci ildə törətdiyi qanlı hücumlarda Şeyx Zəkzəkinin üç oğlu ilə yanaşı, 350 dinc vətəndaşı qətlə yetirmişdi. Bununla yanaşı, Şeyx Zəkzəkinin evi, təşkil olunan hücum nəticəsində, tamamilə viran edilmişdi.

2015-ci ildəki hücumlarda Şeyx Zəkzəki aldığı güllə yarası ilə sol gözünü tamamilə itirmişdi. Nigeriya məhkəməsi Şeyxin azadlığa buraxılmasına dair qərar verməsinə baxmayaraq, hökumət və ordu Şeyx Zəkzəkinin azadlığa buraxılmasından boyun qaçırırlar.

captcha