İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik tədbirləri gücləndirilib və 4 nəfərdən artıq toplaşma qadağan olunub.
Bunun ardınca, ötən gün Narndra Mudi hökuməti Kəşmirin müxtəlif bölgələri, o cümlədən Srinqerdə cümə namazının qılınmasına icazə verməyib.
Ötən üç ayda Kəşmirin Srinqer came məscidində cümə namazının qılınmasın qadağan edilmişdir.
Hindistanın nəzarətində olan Kəşmirin vəziyyəti ötən il təhlükəsizlik qüvvələri tərəfindən əl-Mücahidin partiyasının komandanı Burhan Müzəffər Vainin öldürülməsi ardınca gərginləşib.
Hindistan təhlükəsizlik qüvvələrinin Kəşmir əhalisinə hücumlarında indiyə qədər 200-dən çox sakin həlak olub və minlərlə nəfər yaralanıb.