IQNA

BMT Ruhingiya müsəlmanlarına görə nigarandır

9:14 - July 23, 2017
Xəbər sayı: 3481893
Birləşmiş Millətlər Təşkilatı Ruhingiya müsəlmanlarına qarşı Myanma ordusu tərəfindən etnik təmizləmə əməliyyatlarından nigaran qaldığını bildirib

BMT Ruhingiya müsəlmanlarına görə nigarandır

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, BMT-nin xüsusi nümayəndəsi Yanqi Li bildirib ki, Myanma dövləti Ruhingiya müsəlmanlarına qarşı sərt repressiv metodlardan istifadə edir.

BMT nümayəndəsi iki gün öncə Myanma dövlətindən təmsil etdiyi təşkilatın təhqiqat qrupuna Ruhingiya müsəlmanlarına qarşı etnik təmizləmə əməliyyatıları üzrə araşdırmalar aparmaq üçün icazə verməsini istəyib.

Yanqi Li Myanmaya 12 günlük səfərinin sonunda deyib: Raxin vilayətində təhlükəsizlik qüvvələrinin qanunsuz hərəkətləri barədə məlumatlar var və hüquq müdafiəçiləri, jurnalistlər təzyiqlərə məruz qalırlar.

Ötən oktyabr ayından bəri 70 mindən çox Ruhingiya müsəlmanı Myanma hərbçilərinin qanlı repressiyialarından canlarını qurtarmaq üçün Banqladeşə qaçıblar.

Myanmanın Raxin vilayətində ordu qüvvələri tərəfindən müsəlmanlara qarşıhəyata keçirilən kütləvi qırğınlar, zorakılıq və təcavüz halları, mənzillərin yandırılması müsəlmanların öz ev-eşiklərindən didərgin düşmələrinə səbəb olub.

İfratçı buddistlərin Ruhingiya müsəlmanlarına qarşı hücumları 2012-ci ildə başlanıb və bunun nəticəsində yüzlərlə adam ölüb və 150 mindən çox adam didərgin düşüb.

Ruhingiya müsəlmanları Miyanmanın qərbində Raxin vilayətində yaşayırlar. Onlar vətəndaş hüququndan məhrum edilib və Myanma dövləti olnarı Banqladeşdən olan miqrantlar adlandırır.

captcha