IQNA

Xristianlar Fələstin xalqına dəstək oldu

10:27 - July 25, 2017
Xəbər sayı: 3481901
Fələstinin Beytlehəm şəhərində yerli xristianlar müsəlmanlara dəstək məqsədi ilə həmrəylik aksiyası keçiriblər. Əl-Əqsa məscidinə dəstək mitinqi İsa Məsihin (ə) adına olan bazilika qarşısında baş tutub.

Xristianlar Fələstin xalqına dəstək oldu

İONA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Fələstinin Beytlehəm şəhərində yerli xristianlar müsəlmanlara dəstək məqsədi ilə həmrəylik aksiyası keçiriblər. Əl-Əqsa məscidinə dəstək mitinqi İsa Məsihin (ə) adına olan bazilika qarşısında baş tutub.

"Fələstinli xristian və müsəlmanlar bir xalq olublar və olmağa da davam edirlər. Onlar Qüdsün müqəddəslərini qorumağa da davam edəcəklər. Qüds onların milli sərvətidir.”, -deyə mitinq zamanı Camal Burhum adlı fəal bildirib.

Xatırladaq ki, son günlər Qüds şəhərinin tarixi hissəsində vəziyyət nəzərə çarpacaq qədər gərilib. Həftə sonu İsrail rejimi 4 fələstinli qətlə yetirib, onlarla fələstinli isə yaralanıb.

Teqlər: iqna ، quran ، İslam ، xristianlar ، fələstin ، məscid
captcha