IQNA

İsrail Əqsa məscidinə gələnlərə məhdudiyyətlər tətbiq edəcək

12:14 - July 26, 2017
Xəbər sayı: 3481908
Verilən son məlumatlara əsasən, Sionist Rejim baş naziri Benyamin Netanyahu fələstinlilər əleyhinə yeni fərman imzalayıb.

İsrail Əqsa məscidinə gələnlərə məhdudiyyətlər tətbiq edəcək

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən xəbər verir ki, İsrail rejiminin fələstinlilərə və dəyərlərinə qarşı fəaliyyətləri səngimək bilmir.

Rejimin baş naziri Benyamin Netanyahu fərman imzalayaraq, Əqsa məscidinə daxil olanları əllə yoxlamaq barədə göstəriş verib. Həmçinin məscidə gələnlərlə bağlı məhdudiyyətlər də tətbiq ediləcək.

Bu göstərişdən əlavə, İsrail qüvvələri işğal olunmuş Qüds ərazilərində yerləşən Şəfat düşərgəsinə hücum edib. Vəhşicəsinə həyata keçirilən hücum zamanı 2 tərəf arasında ciddi qarşıdurma baş verib.

captcha