IQNA

İmam Hüseynin (ə) hərəmində beynəlxalq Quran yarışları keçiriləcək

12:35 - July 27, 2017
Xəbər sayı: 3481910
Kərbəlada İmam Hüseynin (ə) hərəmində Quranın hifz, tilavəti və təfsiri üzrə beynəlxalq yarış keçiriləcək.

İmam Hüseynin (ə) hərəmində beynəlxalq Quran yarışları keçiriləcək

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.İnfo-a istinadla xəbər verir ki, bu yarışlar həm kişilər və həm də qadınlar üçün ayrı-ayrılıqda təşkil olunacaq.

İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" Müəssisəsinin müdiri Şeyx Həsən Əl-Mənsuri bildirib ki, bu yarışlar tezliklə İmam Hüseynin (ə) hərəmində təşkil olunacaq.

"İslam dünyasında və İraqda Quran üzrə istedadlı şəxslərin tərbiyəsi və onların yetişdirilməsi üçün İmam Hüseynin (ə) hərəminin Quran evi (Darul-Quran) bu yarışı təşkil edir”.

Qeyd edək ki, yaxın günlərdə Kərbəlada keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün şərtlər açıqlanacaq.

captcha