IQNA

Səudiyyə Ərəbistan Əvamiyyə şiələrinin su və işığını kəsib

20:20 - August 03, 2017
Xəbər sayı: 3481931
Səudiyyə Ərəbistan şiələri yaşadığı evlərdən çıxarmaq məqsədi ilə Əvamiyyə şəhərində onların evlərinin su və işığını kəsib.


Səudiyyə Ərəbistan Əvamiyyə şiələrinin su və işığını kəsib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri öz vəhşiliklərini davam etdirir. Belə ki, Əvamiyyə şəhərində şiələrin evlərinə və avtomobillərini atəşə tutur, onların su və işığını kəsir və insanları yaşadığı şəhərdən çıxmağa məcbur edir.

Sosial şəbəkələrdə yayımlanan məlumata görə, Əvamiyyə şəhərində baş verən qarşıdurmalara görə, artıq xeyli sayda insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Səudiyyə Ərəbistanı rejim qüvvələri artıq 80 gündən çoxdur ki, Əvamiyyə şəhərinə hücum edib. Ali-Səud rejim qüvvələri Əvamiyyə bölgəsində şiələrin evlərini toplarla atəşə tutur. Bir çox Əhli-beyt (ə) ardıcılı yaralanır, insanların evlərinə, şəxsi avtomobillərinə ziyan dəyir. Hərbiçilər Əhli-beyt (ə) ardıcıllarına odlu silahla birbaşa atəş açır. Səudiyyə rejim qüvvələri ölkənin şərqində Əvamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən həbs edir.

Əvamiyyə bölgəsində altı ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin.

Teqlər: iqna ، quran ، İslam ، Əvamiyyə ، şiə ، sünni ، müsəlman ، məscid
captcha